...

Azərbaycanda ilk dəfə piy toxumalarından alınmış gövdə hüceyrələrinin uğurlu implantasiyası həyata keçirilib

Cəmiyyət Materials 30 Yanvar 2014 12:05 (UTC +04:00)
Amerikanın hüceyrə terapiyasının metodlarının təkmilləşdirilməsi və kommersiyalaşdırılması ilə məşğul olan Bioheart Inc Tibbi Biotexnologiya Korporasiyası (OTCQB: BHRT) Azərbaycanda piy toxumalarından alınmış gövdə hüceyrələrinin ilk implantasiyasını Bakı Mərkəzi Hərbi Hospitalında uğurla həyata keçirilib.
Azərbaycanda ilk dəfə piy toxumalarından alınmış gövdə hüceyrələrinin uğurlu implantasiyası həyata keçirilib

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Hüceyrə terapiyasının metodlarının təkmilləşdirilməsi və kommersiyalaşdırılması ilə məşğul olan ABŞ-ın "Bioheart Inc" Tibbi Biotexnologiya Korporasiyası Azərbaycanda piy toxumalarından alınmış gövdə hüceyrələrinin ilk implantasiyasını Bakı Mərkəzi Hərbi Hospitalında uğurla həyata keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın "The Wall Street Journal" qəzeti xəbər yayıb.

"Bioheart"-ın baş elmi əməkdaşı Kristin Komella deyib: "Gövdə hüceyrələri ilə müalicə demək olar ki, müasir tibb aləmini dəyişdirir. "Bioheart" bu texnologiyaları ağır xəstəliklərdən əziyyət çəkən pasiyentlərə çatdırdığına görə xoşbəxtdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti