...

Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında memorondum imzalanıb

Cəmiyyət Materials 3 Fevral 2014 12:18 (UTC +04:00)
Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında Anlaşma Memorondumu imzalanıb.
Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında memorondum imzalanıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında Anlaşma Memorondumu imzalanıb.

BSU-dan Trend-ə verilən məlumata görə, ötən həftə BSU-nun rektoru AMEA-nın müxbir üzvü professor Kamal Abdullayevin rəhbərliyi ilə bir qrup nümayəndə heyəti Türkiyənin Kadir Has Universitetinə səfər edib. Universitetlə tanışlıqdan sonra dəvətə görə təşəkkür edən K.Abdullayev türkiyəli həmkarını BSU-ya dəvət edib. Kadir Has Universitetinin rektoru prof.dr. Mustafa Aydın da öz növbəsində tanışlıqdan məmnunluğunu ifadə edib. O, universitetlər arasında qarşılıqlı əlaqələrin bütün mümkün variantlarının müzakirə olunmasının vacibliyini vurğulayıb.

Görüşdə Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında Anlaşma Memorondumu imzalandı. Sözügedən müqaviləyə görə, universitetlər arasında bakalavr və magistratura səviyyəsində tələbələrin, eyni zamanda müəllim və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur. Bundan başqa, Bakı Slavyan Universiteti ilə Kadir Has Universiteti arasında birgə tədqiqatlar aparılacaq və layihələr gerçəkləşdiriləcək. Birgə yay məktəblərinin təşkili də universitetlər üçün prioritet məsələlərdəndir.

Qeyd edək ki, Kadir Has Universiteti geniş beynəlxalq əlaqələri və yüksək səviyyəli kadrların yetişdirilməsinə görə Türkiyədə xüsusi nüfuza malik universitetlərdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti