Azərbaycanda ödənişli təhsil alan aztəminatlı tələbələr təhsil müddətlərini artıra biləcəklər

Azərbaycanda ödənişli təhsil alan aztəminatlı tələbələr təhsil müddətlərini artıra biləcəklər

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İsabalayeva/

Ali təhsil sahəsində həyata keçiriləcək islahatlarla bağlı Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyevlə müsahibə

- Məlumdur ki, Təhsil Nazirliyi ötən il ümumi təhsil sahəsi üzrə əsas prioritetləri açıqlamışdı. Bu il isə ali təhsil sahəsində həyata keçiriləcək islahatların elan edilməsi müvafiq istiqamətdə mühüm dəyişikliklərin aparılacağından xəbər verir. Elə bir müddət öncə mətbuatda dövlət ali məktəblərində təhsil alan savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət "SABAH" qruplarının yaradılması barədə məlumatlara rast gəlmişdik. Bu qrupların təşkili necə aparılacaq?

- Ai təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində "Sabah" qruplarının təşkil edilməsi zəruri məsələdir. "SABAH" qrupları 5 ixtisas qrupuna daxil olan ixtisaslar üzrə əyani formada I kursu ən yüksək nəticələrlə bitirmiş tələbələrdən seçmə yolu ilə formalaşdırılacaq. Bu proses Təhsil Nazirliyinin tabeliyindəki 20 ali təhsil müəssisəsindən 15-ni, 150-yə yaxın ixtisasdan 53-nü əhatə edəcək. Tələbələrin əhatəlilik dərəcəsi isə təhsil ixtisas qrupunda - 79,5%, humanitar və sosial ixtisas qrupunda-67,5%, iqtisadiyyat və idarəetmə ixtisas qrupunda - 57,3%, təbiət ixtisas qrupunda - 87,8%, texniki və texnoloji ixtisas qrupunda - 49,5% təşkil edir. Bütövlükdə 15 ali təhsil müəssisəsində əyani formada təhsil alan 21540 tələbədən 14959 nəfərinin bu proseslə əhatə olunması nəzərdə tutulur. Müxtəlif ali təhsil müəssisələrində formalaşan "SABAH" qruplarının aid olduğu ixtisaslar üzrə kadr hazırlığı, elmi-pedaqoji potensialı, tədris laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə II kursdan təhsilini davam etdiriləcəkdir. "SABAH" qruplarına tələbələrin seçilməsi müxtəlif aspektləri nəzərə alan xüsusi metodikaya uygun aparılacaq.

- Bəs ali təhsil müəssisələrinin fəaliyyətlərinin effektivliyini müəyyənləşdirən göstəricilər sisteminin işlənib hazırlanması dedikdə, nə nəzərdə tutulur?

- Ali təhsil müəssisələrinin fəaliyyətinin effektivliyinin ölçülməsi bir çox səbəblərə görə aktualdır. Onlardan ən başlıcası cəmiyyətdə ali təhsilə olan böyük tələbatdır. Həmin göstəricilər ilk növbədə abituriyentləri, onların valideyinlərini, həmçinin, bu və ya digər ali təhsil müəssisəsində təhsilini davam etdirmək istəyənləri maraqlandırır. Bununla yanaşı, bu məlumatlar işəgötürənlər, təhsil idarəetmə orqanları və ali təhsil müəssisələrinin özləri üçün də istiqamətverici rolu oynayır.
Ali təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyini, eləcə də reytinqini müəyyənləşdirən indikatorlar: təhsil verənlərin intellektual potensialı, maddi-texniki baza, təhsilin keyfiyyəti, kadr hazırlığının peşəkarlığı, elmi tədqiqatların aparılması, beynəlxalq aləmdə tanınmaqdan ibarətdir.
Bununla yanaşı, ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin səmərəliliyi məzunların seçdikləri ixtisas üzrə işlə təmin olunmasını təmin edə biləcək keyfiyyətli təhsil alması, nəticədə müvafiq bilik, bacarıq və vərdişlər qazanmaqla məzunlarının ixtisas üzrə işlə təmin olunmalarıdır.

- Tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsini necə başa düşmək olar?

- Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulu planı hazırlanarkən ölkənin sosial-iqtisadi inkişafı, kadr tələbatı və ixtisasların prioritetliyi təhlil olunmalıdır. Burada yanaşma ondan ibarətdir ki, keyfiyyətli təhsil vermək imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətin potensialına görə bütün ali təhsil ocaqları, istər dövlət, istər özəl olmaqla, iki qrupa bölünməlidir - milli statuslu universitetlər və adi universitetlər. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməli, eyni zamanda bura qəbul olunmaq istəyən abituriyentlər üçün yüksək keçid balı müəyyənləşdirilməlidir. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalı, eyni zamanda ödənişli təhsil üzrə qəbul planı tədricən ləğv edilməlidir. Bu, yüksək reytinqə və daha yaxşı təhsil vermək imkanlarına malik ali məktəblərin hazırlıqlı kontingent ilə təmin edilməsinə zəmin yaradacaq.
Digər tərəfdən, ali təhsil almaq istəyən və minimal tələblərə cavab verən hər bir şəxs təhsilini adi universitetlərdə davam etdirmək imkanı qazanacaqdır. Fəaliyyət göstəricilərindən asılı olaraq ali təhsil müəssisələri bir kateqoriyadan digərinə keçə biləcəklər.

- Burada bir məsələyə aydınlıq gətirməyinizi xahiş edəcəyik. Dövlət sifarişi ilə kadr hazırlığı standartlarının yüksəldilməsi üçün bu prosesdə iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması hansı məqsədi güdür?

- Məlum olduğu kimi, 2010-2011-ci tədris ilindən başlayaraq ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət sifarişinin formalaşdırılmasında mövcud əmək bazarının xüsusiyyətləri və ölkənin perspektiv inkişafı amilləri nəzərə alınmalıdır. Bununla əlaqədar ali təhsilin bakalavriat və magistratura səviyyələrində dövlət sifarişinin həddi müəyyənləşdirilərkən ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı, maddi-texniki və tədris-laboratoriya bazalarının mövcud vəziyyəti ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişafı üçün bu və ya digər ixtisasların prioritetliyi, habelə müvafiq dövlət qurumları tərəfindən ayrı-ayrı ixtisaslar üzrə verilmiş real tələbat əsas götürülməlidir. Təhsil Nazirliyi həmin real tələbatı təmin etmək iqtidarında olan universitetlər arasında seçim aparılması üçün obyektiv meyarların işlənib hazırlanmasını, bu prosesə rəqabəti stimullaşdıran elementlərin daxil edilməsini məqsədəmüvafiq hesab edir.

- Ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə və əmək bazarının mövcud tələblərinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi ən önəmli məsələlərdəndir. Bunun üçün ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədilə bakalavr və magistr ixtisasları üzrə təhsil proqramlarına (standartlarına) yenidən baxılması haqqında nə deyə bilərsiniz?

- Ali təhsilin Avropa məkanına inteqrasiyası ilə bağlı təhsil proqramları özündə məzunların bilik, bacarıq və vərdişlərini əks etdirməlidir. Bununla yanaşı təhsil proqramları peşə kompetensiyalarını müəyyən etməlidir. Bu sənəddə təhsilalanın ixtisas xarakteristikası və kompetensiyası, eləcə də təhsilin məzmununa qoyulan minimum tələblər, peşə fəaliyyətinin xarakteristikası və əsas istiqamətlər, peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər müəyyənləşdiriləcəkdir.
Bu da fərqlilikləri idarə edə, çoxlu ehtimalları araşdıra bilən, sürəkli öyrənən insan resurslarının yetişdirilməsini ehtiva edir. Beləliklə, təhsil proqramları daha dinamik bir yanaşma ilə həyatboyu öyrənməyə, inkişafa açıq olmaq məqsədlərini əks etdirməlidir. Bu məqsədlə də təhsil proqramları (kurikulimlar) bacarıqlar əsasında formalaşmalıdır.

- Ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyasının təmin edilməsi üçün Boloniya prosesinin tətbiqi üzrə univesitetlərarası komitənin işi nədən ibarət olacaq?

- Avropa təhsil məkanına ali təhsil müəssisələrinin inteqrasiyasını təmin etmək üçün Boloniya prosesinin ölkəmizdə tətbiqini koordinasiya edən, tələbələrin və müəllimlərin mobilliyinə şərait yaradılmasına imkan verən və bununla bağlı hesabatları hazırlamaq, eləcə də normativ hüquqi sənədləri təkmilləşdirmək məqsədilə Təhsil Nazirliyində universitetlərarası komitənin yaradılması nəzərdə tutulur. İşçi qrupu Boloniya prosesinin müddəalarının ölkəmizdə tətbiqi ilə bağlı Təhsil Nazirliyinə mütəmadi təkliflər verəcək və cəmiyyəti bu sahədə maarifləndirəcəkdir.

- İslahatlarda abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması, təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi, bu məqsədilə orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin ixtisas hazırlığı profili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi qeyd olunur. Bu məsələyə münasibət bildirməyinizi xahiş edirik.

- Peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması təhsilin istehsalata inteqrasiyasını gücləndirir, peşə seçimi sistemində rəqabət mühiti yaradır. Təhsilalanların daha üstün təhsil pilləsinə keçidini təmin etmək üçün motivasiya yaratmaq, ixtisas hazırlığı profilini məqsədəuyğun planlaşdırmaq və ali təhsil müəssisələrinin akademik gücündən orta məktəb, ilk peşə və orta ixtisas təhsili müəssisələri arasında varislik ruhunda yararlanmaq üçün təhsilin müxtəlif pillələri arasında üzvü əlaqə vacibdir. İnkişaf etmiş təhsil sistemlərində vahid təhsil şəbəkəsi dedikdə, həm də təhsilin müxtəlif pillələrinin eyni strateji həlqədə birləşməsi nəzərdə tutulur. Sınaqdan keçmiş bu təcrübə təhsilalanların uğurlu karyera inkişafına və ixtisaslaşmasına zəmin yaradır.
Bu təcrübədən çıxış edərək ali təhsil müəssisələrinin təhsilin digər pillərinə ixtisas hazırlığı profili nəzərə alınmaqla varislik və şəbəkələşmə prinsipi əsasında fəaliyyətinin təşkili effektiv nəticələr verilməsinə böyük ümid yaradır.

- Bu gün təhsil kreditlərinin verilməsi gündəmdə olan məsələlərdəndir. Təhsil Nazirliyində bu istiqamətdə görüləcək işlərin mahiyyəti nədən ibarət olacaqdır?

- Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün yalnız maliyyələşdirmə məsələsinin həlli kifayət deyil, bu mürəkkəb problemə kompleks yanaşma tələb olunur. AKTS (Avropa Kredit Transfer Sistemi) vasitəsi ilə ali məktəblərdə maliyyə, idarəçilik və tədris mexanizminin çevikliyinin təmin edilməsi ilə tələbənin həm fərdi öyrənmə tempini, həmdə ödəmə imkanları sinxronlaşacaq. Bundan əlavə, tələbənin kreditlər üzrə ödəmələri yeni mexanizmlərinin yaradılması və tətbiqinə imkanlar yaradacaq. Nəticədə, ödənişli təhsil alan tələbələrin təhsil müddətini artırmaq imkanı yaranacaqdır. Bu tədris prosesinin yenidən qurulmasını, maliyyələşdirmə mexanizminin yaradılmasını və insan resursları imkanlarını artırılmasına ehtiyac yaradacaqdır. Belə bir mexanizm yeni şəffaf məsuliyyət sisteminin mövcudluğunu tələb edəcəkdir. Bu mexanizm ömürboyu təhsil və tədrisin iş bazarıilə əlaqəsini daha da möhkəmləndirəcəkdir.

- Müasir və şəffaf idarəetmə modelinin qurulması ideyasını rəhbər tutaraq, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi barədə nə deyə bilərsiniz?

- Ali təhsildə müasir və şəffaf idarəetmə modelinin qurulması və korporativ idarəetmə prinsiplərinin tətbiqi təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini tələb edir.
Bu baxımdan ali təhsil müəssisələrində təhsil prosesinin iştirakçıları arasında münasibətlərin yenilənməsi, tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması, fəaliyyətin monitorinqi və qiymətləndirilməsinə yenidən baxılması zəruridir.
Burada ali təhsilin idarəolunmasında elmi şuraların roluna yenidən baxılmalı, idarəetmənin ictimailəşməsi prosesi sürətlənməlidir. Maraqlı tərəflərin cəlb olunması ilə həyata keçiriləcək səmərəli idarəetmə, ilk növbədə, tələbə və təhsil prosesinin digər iştirakçılarını (işəgötürənlər, valideynlər, QHT nümayəndələri və sair) geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir.

- Maliyyə resurslarının istifadəsində səmərəliliyin və şəffaflığın artırılması məqsədi ilə dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verməyinizi xahiş edirik.

- Bu məqsədlə dövlət ali təhsil müəssisələrində maliyyə resurslarının istifadə olunmasında səmərəliliyin və şəffaflığın artırılması məqsədilə müxtəlif analitik və təhlil xarakterli məlumatları özündə tam əks etdirən əlavə sistemdaxili maliyyə hesabatı formalarının tətbiqi, dövlət ali təhsil müəssisələrinin əmlak və maliyyə vəziyyətini özündə əks etdirən göstəricilər hazırlanması və həmin göstəricilər sistemi əsasında əlavə maliyyə hesabatı formalarının müəyyənləşdirilməsi, eləcə də hesabat formalarının tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

- Təhsilalanların hüquqlarının qorunması və tədrisin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması necə dərk olunur?

- Təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması dedikdə, təhsil sistemi inkişaf etmiş dövlətlərin akkreditasiya mexanizmlərinin ölkəmizdə tətbiqi, təhsil müəssisələrinin özlərinin akkreditasiyadan keçməsində maraqlı olmalarının stimullaşdırılması, özünütəhlil işinin daha da yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda akkreditasiyadan keçmiş ali təhsil müəssisələrində təhsilalmanın üstünlüyünün təşviqi, akkreditasiyanın institusional (təhsil müəssisəsinin ümumi akkreditasiyası) və proqram (ayrı-ayrı ixtisasların akkreditasiyası) üzrə aparılması, ölkəmizdə tətbiq olunan təhsil proqramlarının digər dövlətlərin təhsil proqramları və keyfiyyət meyarları ilə müqayisə edilməsi də bu sistemə daxildir.

Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Təhsil naziri YUNESKO növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Təhsil naziri YUNESKO növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Loading Bars
Xəbər lenti
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan Ordusunda mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir (VİDEO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub (FOTO)
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)
Oktyabrın 23-də manatın dollara qarşı məzənnəsi
ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı (FOTO)
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? FOTOREPORTAJ
Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz - Yəhudi Dini İcmasının sədri
Azərbaycan Əsgərinin sizə müraciəti var (VİDEO)
Moskvada terror aktının qarşısı alınıb
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
29 ictimai iaşə obyektində kobud qayda pozuntuları aşkarlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdilər (FOTO)
İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir - Oljas Suleymenov
Azərbaycanın haqq savaşına qarşı çıxan "Meydan TV" erməni lobbisinin tezisləri əsasında işləyir - Ekspert
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında (FOTO/VİDEO)
Sülhməramlıların yerləşdirilməsi Azərbaycan torpaqlarının tam azad olunmasından sonra mümkün ola bilər - Deputat
Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edir - MN (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Gəncədə erməni vəhşiliyi ilə tanış olub
Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi
Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir - Vüqar Rəhimzadə
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)
ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
XİN: Ermənistan XİN-in Paşinyanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Azərbaycan Prezidenti: Beynəlxalq müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik
Bu gün Ali Baş Komandan Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır - Tamam Cəfərova
Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər - Yaqut Qarayeva
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur
Prezident İlham Əliyev: Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq
İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir
“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində (FOTO)
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq
İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb, 6 nəfər vəfat edib
2020-ci ilin 4-cü rübündə Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər
Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir
Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur
Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq
Azərbaycan Prezidenti: Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır
Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin sonuncu hissəsidir
Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
Prezident İlham Əliyev: İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır - ABŞ-ın NATO-dakı səfiri
Azərbaycan Prezidenti: Bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar
Prezident İlham Əliyev: Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik
YAP Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb
Trend BİA-nın baş redaktoru “CNN Türk” telekanalına Dağlıq Qarabağda davam edən gərginlik barədə açıqlama verib (FOTO/VİDEO)
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq - Konstantin Zatulin
Şuşada sonuncu çay - 1992-ci il (FOTO)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)
Azərbaycanda qızıl-gümüş ucuzlaşıb
Mülki insanlara hücum qəbuledilməzdir - İsrail səfiri
NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil - NATO baş katibindən Ermənistan prezidentinə
İsrail səfiri Mingəçevirə səfər edəcək (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Bütün xəbərlər