...

Azərbaycanda peşə liseyinin şagirdlərinin biliyinin qiymətləndirilməsində yenilik

Cəmiyyət Materials 13 Fevral 2014 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində "Bərbər" ixtisası üzrə təhsil alan şagirdlərin bilik və bacarıqlarının yekun imtahan zamanı yeni üsulla qiymətləndirilməsi nəzərdə tutulur.

Trend nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, yekun imtahanda şagirdlərin nəzəri bilikləri ilə yanaşı, praktiki bacarıqları da yoxlanılacaq.

Liseydə "Bərbər" ixtisası üzrə təhsil alan şagirdlərin tədris-istehsalat təcrübəsində müasir texnologiyalardan istifadə olunur.

Təhsil Nazirliyi və "Eldar studio" şirkətinin dəstəyi ilə cari tədris ilinin əvvəlində istifadəyə verilmiş tədris emalatxanasında şagirdlərə peşəkar mütəxəssislər tərəfindən praktiki bilik və bacarıqlar öyrədilir. Müasir avadanlıqlarla təchiz edilmiş tədris emalatxanasının dizaynında da şagirdlərin seçdikləri peşəyə daha tez uyğunlaşması üçün lazım olan zəruri amillər nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti