...

Azərbaycanda "yaz havası" olacaq

Cəmiyyət Materials 19 Fevral 2014 12:13 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava şəraiti mülayimləşəcək, havanın temperaturu 7-8 dərəcə yüksələcək.
Azərbaycanda "yaz havası" olacaq

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində hava şəraiti mülayimləşəcək, havanın temperaturu 7-8 dərəcə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 20-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman proqnozlaşdırılır. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 10-14 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi arabir güclənəcək.

Aran rayonlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə şaxta, 5-10 dərəcə isti proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti