...

Təhsil Nazirliyi ali məktəblərdə tədrisin kredit sistemi ilə tədrisinə dair təqdimatlar hazırlayıb

Cəmiyyət Materials 28 Fevral 2014 11:04 (UTC +04:00)
Təhsil Nazirliyi ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının izahına dair təqdimatlar hazırlayıb.
Təhsil Nazirliyi ali məktəblərdə tədrisin kredit sistemi ilə tədrisinə dair təqdimatlar hazırlayıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının izahına dair təqdimatlar hazırlayıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, təqdimatlarda kredit sistemi ilə tədrisin təşkili qaydaları haqqında ətraflı məlumat verilir.

Burada tələbələri maraqlandıran suallar (Prerekvizit olmayan fənn üzrə akademik borc olduqda əlavə ödəniş edilirmi?,Prerekvizit fənn üzrə akademik borc olduğu halda tələbə əlavə ödəniş etməlidirmi?, Müəyyən edilmiş təhsil müddəti bitdikdən sonra akademik borclar qalarsa, bu halda nə baş verir?, Tələbələr üst illərdən fənn ala bilərmi və bu halda tələbə əlavə ödəniş etməlidirmi?) dolğun şəkildə cavablandırılır.

Təqdimatlar http://edu.gov.az/view.php?lang=az&menu=346&id=8014 linkində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti