...

Bakı Metropoliteni ərazisində ticarət obyektlərinin bağlanması üçün vaxt verildi

Cəmiyyət Materials 11 Mart 2014 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Mehdiyev/

Təhlükəsizlik tədbirlərinin görülməsi üçün Bakı Metropoliteni ərazisində ticarət obyektlərinin bağlanması barədə göstəriş verilib.

Trend-in məlumatına görə, bununla bağlı ticarətlə məşğul olan bir qrup vətəndaş Bakı Metropoliteninin Baş İdarəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Polislər tərəfindən aksiyanın qarşısı alınıb.

Bakı Metropoliteninin rəhbərliyi etiraz edənlərin bir qismini qəbul edib. Qəbuldan çıxan etirazçıların sözlərinə görə, görüş zamanı qərara alınıb ki, hələlik onların fəaliyyəti üçün bir həftə vaxt verilsin. Bir həftədən sonra etirazçıları yenidən qəbul edəcəklər və danışıqlar davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti