Moskvada "Azərbaycanın etnomədəni müxtəlifliyi" kitabının təqdimatı olub (FOTO)

Moskvada "Azərbaycanın etnomədəni müxtəlifliyi" kitabının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Martın 12-də Moskvada, Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində fəlsəfə elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, Ariyel Universitetinin (İsrail) elmi məsləhətçisi German Zaxaryayevin "Azərbaycanın etnomədəni müxtəlifliyi" kitabının təqdimatı olmuşdur. Kitab "Rusiya-Azərbaycan: tarixi dialoq" beynəlxalq layihəsi çərçivəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyi münasibətilə nəşr olunmuşdur.

Trend AzərTAc-a istinadən məlumat verir ki, "Dostoinstvo" nəşriyyatında işıq üzü görən kitab REA-nın Rusiya Fəlsəfə Cəmiyyəti tərəfindən hazırlanmışdır. Kitabın təqdimatını Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılar Konqresi, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyası və Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu (STMEQİ) təşkil etmişlər.

Monoqrafiya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan burada yaşayan bütün xalqların vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik" sözləri ilə açılır.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin ictimai əlaqələr və KİV-lər şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova bildirmişdir ki, German Zaxaryayevin "Azərbaycanın etnomədəni müxtəlifliyi" kitabının təqdimatı böyük və uğurlu "Rusiya-Azərbaycan: tarixi dialoq" layihəsi çərçivəsində ilk qaranquşdur. O demişdir: "Zənnimcə, biz belə təqdimatlarda tez-tez iştirak edəcəyik və nəşrlər hamıya maraqlı olacaqdır". O, qonaqpərvərliyə görə Şərq Ədəbiyyatı Mərkəzinin direktoru Marina Melaninaya və mərkəzin kollektivinə minnətdarlığını bildirmişdir.

Təqdimat mərasiminin aparıcıları - AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə və REA-nın Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, professor Aleksandr Çumakov monoqrafiyadan ətraflı söz açaraq bildirmişlər ki, burada multimədəni Azərbaycanda sabitləşmədən modernləşməyə keçid şəraitində etnomədəni proseslərin əsas amilləri və meylləri tədqiq olunur.

İlham Məmmədzadə vurğulamışdır ki, modernləşməyə istiqamət götürən Azərbaycan son illər dinamik inkişaf edir. Lakin dəyişikliklər əsas dəyərlərə, o cümlədən etnik müxtəlifliyə toxunmamalıdır. İ.Məmmədov demişdir: "Azərbaycanda ənənəvi olaraq Beynəlxalq Humanitar Forum keçirilir. Onun çərçivəsində "Multikulturalizm və bənzərsizlik" seksiyası fəaliyyət göstərir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsüdür. Azərbaycanda başa düşürlər ki, müasirlik qonşular arasında, ölkələr arasında və eyni zamanda özünlə keçmişin arasında körpü salmaq bacarığıdır".

Aleksandr Çumakov qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsirinin möhkəmlənməsində Moskvada təşkil edilən "Heydər Əliyev elmi qiraətlərinin" rolunu vurğulayaraq demişdir: "Azərbaycanda əhalinin bütün təbəqələrinin - istər elita, istərsə də kütləvi şüur səviyyəsində sivil inkişafının yüksək səviyyəsi mənim çox xoşuma gəlir. Ölkədə din sahəsində çox incə və düzgün siyasət yeridilir, həm dünyəvilik, həm də din öz layiqli yerini tutur".

Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanın həyatının bütün sahələrində baş verən qlobal dəyişikliklərdən, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Pravoslav Dini Mərkəzinin açılmasından, rus dilinin intensiv öyrənilməsi üzrə layihənin mövcudluğundan söz açaraq demişdir: "Başqa dinə sitayiş edən, başqa millətdən olan insana səmimi münasibət Azərbaycan xalqının təbiətindədir". O, Azərbaycanın Rus İcmasının 15 illiyinə həsr olunmuş "Ruslar Azərbaycan tarixində" kitabını təqdim etmişdir.

2006-2009-cu illərdə Rusiyanın Azərbaycanda səfiri işləmiş Vasili İstratovun sözlərinə görə, multikulturalizm lap əvvəldən Azərbaycan xalqına xas olan xüsusiyyətdir. O demişdir: "Azərbaycanın təkcə multimədəni deyil, həm də çöxmillətli ölkə olduğunu görmək üçün Qubaya, Lənkərana getmək, ölkəni gəzib-dolaşmaq kifayətdir. Azərbaycanlılar minilliklər ərzində mövcud olan milli ənənələrin davamçılarıdırlar".

REA-nın Etnologiya və Antropologiya İnstitutunun aparıcı elmi əməkdaşı Yuri Ançabadze vurğulamışdır ki, bugünkü görüş ölkələr arasında sarsılmaz kimi görünən əlaqələrin dağıldığı günlərdə keçirilir. Y.Ançabadzenin fikrincə, "Rusiya-Azərbaycan: tarixi dialoq" layihəsinin və "Azərbaycanın etnomədəni müxtəlifliyi" kitabının təqdimatı bu baxımdan çox böyük və müsbət məna daşıyır.

German Zaxaryayev çıxışında bildirmişdir ki, Azərbaycanın çoxmillətli xalqı son 20 ildə sovet ictimai formasiyasından müasir dövrə qədər kəşməkəşli yol keçmişdir. O demişdir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində ölkədə təkcə siyasi, iqtisadi və təhsil sahələrinin deyil, həm də müxtəlif mədəniyyət və din nümayəndələrinə qarşı tolerantlıq ruhunun möhkəmlənməsinin möhkəm təməli qoyulmuşdur".

Qeyd edək ki, G.Zaxaryayevin monoqrafiyasında sabitləşmədən modernləşməyə keçid şəraitində Azərbaycanın multimədəni dünyasında etnomədəni proseslərin əsas amil və meylləri tədqiq olunur. Milli azlıqların azad inkişafına konstitusiya-hüquqi zəmanətlərin verilməsinə xüsusi diqqət yetirilir. Milli və konfessional azlıqların hüquqlarının təmin olunması müasir Azərbaycan üçün münaqişələrin və gərginliyin, milli və dini radikalizmin qabaqlanmasının, habelə dövlətdə siyasi sabitliyin saxlanılmasına zəmanət verilməsinin effektiv vasitəsidir.

Nəfis illüstrasiya olunmuş kitab Azərbaycan Respublikasının Konstitusiyası, milli və ya etnik, din və dil mənsubiyyətinə görə azlıqların nümayəndələrinin hüquqları barədə BMT Bəyannaməsi kimi beynəlxalq sənədlər, UNESCO-nun mədəni müxtəliflik barədə Ümumi Bəyannaməsi və s. ilə tamamlanmışdır. "Azərbaycanın etnomədəni müxtəlifliyi" MDB ölkələrinin postsovet inkişafının öyrənilməsində mövcud olan boşluqları doldurur. Monoqrafiya Rusiya elmində bu mövzuya dair ilk kompleks araşdırmadır.

“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Ermənistan Suriyadan və İraqdan Dağlıq Qarabağa gətirilən PKK terrorçularına Azərbaycan hərbi formasını geyindirir
Şəkidə ev yanıb
Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib
Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
Düşmənin döyüş texnikası və sursatları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!
Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
Göygöldə zəlzələ qeydə alınıb
Azərbaycan Prezidenti: Bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, vaxt itirməyək
Prezident İlham Əliyev: Azərbaycanın qarşısında heç kim dura bilməz
Azərbaycan Prezidenti: Biz təkbaşına vuruşuruq, təkbaşına!
Prezident İlham Əliyev: Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir
Azərbaycan Prezidenti: Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir
Prezident İlham Əliyev: Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır
Azərbaycan Prezidenti: Biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil
Prezident İlham Əliyev: Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir
Azərbaycan Prezidenti: Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir
Hikmət Hacıyev şəhidimiz Dmitri Solnsev barədə yazdı
Prezident İlham Əliyev: Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib
Vladimir Yevseyevin “İsgəndər” raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə təhrikdir - Deputat
Prezident “Fox News”a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib (FOTO) (YENİLƏNİB)
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi
İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib
ADA Universitetindən yeni təşəbbüs: “ADA Tarix Yazır”
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - MN (VİDEO)
Düşmən havadan və qurudan darmadağın edilir - Anar Eyvazov
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri (VİDEO)
"Yolumuz Şuşayadır!" (VİDEO)
Dağlıq Qarabağda erməni terrorçusu məhv edilib
Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb
Aydın Səfixanlı: Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir
Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv edib
Düşmənin atəş nöqtələri məhv edilib - MN (VİDEO)
Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır - Deputat
Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur - Ərdoğan
Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib (FOTO)
Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib
Ermənistanın Gəncəyə raket hücumu barədə video hazırlanıb (VİDEO)
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Hər iki cəbhədə qalib gələcəyik!
Gürcüstanda daha 1928 nəfər koronavirusa yoluxub
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır - Hikmət Hacıyev
Gəncədə kilsədə 13 yaşlı Arturun anım mərasimi keçirilir (FOTO)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur - MN
Vankuverdə yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etiraz etdi (FOTO)
Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)
Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşür (VİDEO)
Sabah 26 dərəcəyədək isti olacaq
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir (FOTO)
13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib (VİDEO)
Prezident İlham Əliyev: Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir
Prezident İlham Əliyev: Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır
Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur
Prezident İlham Əliyev: Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur, biz, sadəcə, cavab verdik
Prezident İlham Əliyev: Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq
Prezident İlham Əliyev: Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir
Kaliforniyada Gəncə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib
Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
Prezident İlham Əliyev: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib
Azərbaycan Prezidenti: İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO)
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub
İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb
Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub
Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olunub
MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! (FOTO)
Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədaləti yenidən bərqərar edir - Yalçın Topçu
Düşmən itkilər vərərək geri çəkilib
Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub - MN
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Samsung-un sədri vəfat edib
Nüvə Silahlarına Qadağa Müqaviləsi 22 yanvar 2021-ci ildə qüvvəyə minəcəkdir
Dünyada sutkada koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb
Moskvada koronavirusdan daha 68 nəfər ölüb
ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib (FOTO)
Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu
Bütün xəbərlər