Azərbaycan, Bakı, 17 mart /Trend/
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Novruz bayramı ilə bağlı Müdafiə Nazirliyinin tabeliyində olan Göygöl rayonunun Toğana kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgərlərlə görüş keçirib.
Fonddan Trend-ə verilən məlumata görə, hərbi hissədə xidmət edən əsgərlər üçün bayram konserti də təşkil olunub.
Tədbirdə çıxış edən Fondun aparat rəhbəri Faiq Qürbətov əsgərləri Novruz bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzu edib.
Sonda hərbi hissənin rəhbərliyi tərəfindən Gənclər Fonduna təşəkkür edilib və gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində görülən işlərə görə fəxri diplom təqdim edilib.