...

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət etdi

Cəmiyyət Materials 24 Mart 2014 08:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart / Trend /

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət etdi.

Trend "İS.İNG" MMC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, sürət tabloları üçün nəzərdə tutulan portalın quraşdırılması işləri ilə əlaqədar olaraq saat 08:00-dan etibarən, Heydər Əliyev prospektində (Koroğlu metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.

Quraşdırılma işlərinin təxminən, saat 15:00-da yekunlaşdırılması planlaşdırılır. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Kənar yoldan və Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti