...

İstirahət günləri “yol terroru”nun nəticələri: 2 nəfər ölüb, 15 nəfər yaralanıb

Cəmiyyət Materials 31 Mart 2014 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İzzət/

Martın 29-30-da respublika ərazisində baş vermiş yol qəzaları nəticəsində 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şənbə və bazaar günləri ölkə ərazisində 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, martın 29-da respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Martın 30-da isə ölkə yollarında 3 yol qəzası qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti