...

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı Azərbaycanda tədbirlər keçiriləcək

Cəmiyyət Materials 3 Aprel 2014 12:26 (UTC +04:00)
Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı Azərbaycanda tədbirlər keçiriləcək.
Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı Azərbaycanda tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı Azərbaycanda tədbirlər keçiriləcək.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan edilib və hər il qeyd olunur. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin daima davam etdirilməsinə çağırır.

Bu günü qeyd etmək məqsədi ilə Agentliyin fəaliyyət göstərdiyi Tərtər, Ağcəbədi, Ağstafa, Füzuli, Göygöl rayonlarında Mina Təhlükəsinə dair Maarifləndirmə mövzusunda məktəblərin pedaqoji və şagird kollektivi, yerlərdə mina və partlamamış hərbi sursatlardan zərərçəkmişlərlə görüşlərin keçirilməsi, o cümlədən əhalinin müxtəlif kateqoriyaları, eyni zamanda cəbhə xətti və sərhədyanı rayonlarda fəaliyyət göstərən beynəlxalq və milli qeyri-hökumət təşkilatlarının iştirakı ilə tədbirlərin təşkili, eləcə də xəbərdarlıq bilbordlarının basdırılması, ağac əkmə kompaniyasında iştirak və s. tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ilin fevral ayına olan məlumata görə, indiyədək Azərbaycanda cəmi 250,409,799 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,052-dür.

Hazırda əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, eləcə də 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Gəncə, Qəbələ, Xocavənd, Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti