...

Qaxda yeni körpü inşa edilir

Cəmiyyət Materials 3 Aprel 2014 14:36 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, Qax rayonunun Marsan kəndində Qapıçay çayı üzərində yeni körpü tikilir.
Qaxda yeni körpü inşa edilir

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Qaxda yeni körpü inşa edilir.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Qax rayonunun Marsan kəndində Qapıçay çayı üzərində yeni körpü tikilir. Hazırda kənd sakinləri və sürücülər köhnə körpüdən istifadə edirlər. Yeni körpünün istifadəyə verilməsi ilə gediş-gəlişdə yaşanan çətinliyə son qoyulacaq.

Qaxda Alatəmir, Marsan, Tasmalı və Lələpaşa kəndləri istiqamətində hərəkət edən sürücülər bu vaxta qədər Qapıçay üzərindəki köhnə körpüdən istifadə etməli olurdular. İstismar müddətini başa vuran körpü son vaxtlarda əsl təhlükəyə mənbəyinə çevrilmişdi.

Tikintisinə 2013-cü ilin noyabrında başlanılan yeni körpüdə hazırda işlər sürətlə gedir. Müasir texnikalardan istifadə edilməklə inşa olunan körpünün uzunluğu 42 metr, eni isə 10 metrdən çox olacaq. Hündürlüyü 4 metr təşkil edəcək yerni körpü ilə avtomobillər rahat hərəkət edə biləcəklər.

Tikinti işləri cari ilin iyun ayında yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti