...

AMEA həqiqi və müxbir üzv yerinə seçkilər keçirir

Cəmiyyət Materials 7 Aprel 2014 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 11 həqiqi və 23 müxbir üzv yerinə seçkilər keçirildiyini elan edib.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, seçkilərlə əlaqədar AMEA Rəyasət Heyətinin 12 mart 2014-cü il tarixli qərarı ilə komissiya yaradılıb. Komissiya ilkin lazımi işləri yekunlaşdırıb. Bundan sonra AMEA-nın həqiqi və müxbir üzvlüyünə irəli sürülən namizədlərin sənədlərinin qəbulu, onların elmi-texniki və hüquqi ekspertizası ilə məşğul olacaq.

Komissiyanın sədri Akademiyanın Elmi-Təşkilat İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqovdur. Tərkibi isə hüquq, təhsil və kadrlar şöbələrinin rəisləri, həmçinin bölmələrin elmi katiblərindən ibarətdir.

Seçkilər aprelin 19-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti