...

AMEA prezidenti Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib

Cəmiyyət Materials 7 Aprel 2014 10:56 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) həqiqi üzvü seçilib.
AMEA prezidenti Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) həqiqi üzvü seçilib.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu barədə qərar AMA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub,

Akademiyanın prezidenti, akademik Arif Paşayev tərəfindən rəsmi diplom imzalanıb.
Akademik Akif Əlizadə bu ada geologiya sahəsində mühüm nəzəri və tətbiqi elmi nəticələri, həmçinin uğurlu elmi-təşkilati fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, 2005-ci ildə fəaliyyətə başlamış AMA hazırda Milli Aviasiya Akademiyasında yerləşir. AMA texniki elmlər sahəsində fəaliyyət göstərir və peşəkar alimləri özündə cəmləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti