Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakıda hazırda yenidənqurma işlərinin getdiyi Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün salınmasına başlayıb. Bu barədə çərşənbə günü Trend-ə ASC-nin mətbuat xidmətinni rəhbəri Pünhan Mürsəliyev bildirib.
Prospektin ümumi uzunluğu 9,2 kilometr təşkil edir və o, "Xutor" dairəsindən "Böyük Şor" dairəsinədək ərazidə yerləşir.
Onun sözlərinə görə, asfalt-beton örtüyünün salınması torpaq işləri ilə paralel aparılacaq. Bu işlərin 70 faizi artıq yerinə yetirilib. Eləcə də hazırda prospektin kənarında yeni bordürlərin salınması davam edir.
Yenidənqurma işləri çərçivəsində prospektdə hərəkət zolaqlarının sayı 4-dən 10-na çatdırılacaq. Habelə dörd yerüstü piyada keçidinin tikintisi də nəzərdə tutulur.
İşlərin 2014-cü il ərzində başa çatdırılması planlaşdırılır.
Mürsəliyev qeyd edib: "Bütün işlər sürətli templərlə aparılır və onların nəzərdə tutulan müddətdən əvvəl başa çatması ehtimalı böyükdür".