...

TQDK 10 abituriyenti sınaq imtahanından xaric edib

Cəmiyyət Materials 10 Aprel 2014 15:07 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün keçirdiyi sınaq imtahanından 10 abituriyenti xaric edib.
TQDK 10 abituriyenti sınaq imtahanından xaric edib

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün keçirdiyi sınaq imtahanından 10 abituriyenti xaric edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, sınaq imtahanının nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 49405 abituriyentdən 2620 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 46774 abituriyentdən 10 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. 1 nəfər öz cavab kartını korladığı üçün nəticəsini yoxlamaq mümkün olmayıb.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, növbəti sınaq imtahanı aprelin 13-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti