...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki "Könül" körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaq (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2014 14:42 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səbail rayonunun Badamdar qəsəbəsində növbəti uşaq bağçasının əsaslı təmiri və yenidən qurulması işləri həyata keçiriləcək.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki "Könül" körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaq (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səbail rayonunun Badamdar qəsəbəsində növbəti uşaq bağçasının əsaslı təmiri və yenidən qurulması işləri həyata keçiriləcək. Trend-in məlumatına görə, bununla əlaqədar yeni, müasir üslubda layihə sənədləri hazırlanıb.

Hazırda 110 uşağın tərbiyə aldığı, ümumi ərazisi 3500 kvadratmetr olan "Könül" körpələr evi-uşaq bağçası 3 korpus və 1 musiqi zalından ibarətdir. Uşaq bağçasının əsas korpusu ikimərtəbəlidir və bütün tikililərin ümumi sahəsi 1000 kvadratmetrdir. Bağçada uşaqların tərbiyəsi ilə 13 tərbiyəçi, 3 musiqi rəhbəri və texniki işçilər də daxil olmaqla 32 nəfər məşğul olur.

Badamdar qəsəbəsinin əhalisinin sayının artması və burada məktəbəqədər təhsil müəssisələrinə olan tələbat nəzərə alınaraq uşaq bağçasının həyətində 80 uşaq üçün nəzərdə tutulmuş yeni korpus da tikiləcək.

Tikinti-təmir işlərinə aprel ayının sonunda başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti