...

Sabah günortadan sonra Azərbaycanda hava bir qədər sərinləşəcək

Cəmiyyət Materials 1 May 2014 12:51 (UTC +04:00)
Sabah Azərbaycanda günün birinci yarısında havanın temperaturu yüksək olacaq. Bəzi yerlərdə temperatur 33 dərəcəyə kimi yüksələcək. Lakin günün ikinci yarısında havanın temperaturu bir qədər enəcək.
Sabah günortadan sonra Azərbaycanda hava bir qədər sərinləşəcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda günün birinci yarısında havanın temperaturu yüksək olacaq. Bəzi yerlərdə temperatur 33 dərəcəyə kimi yüksələcək. Lakin günün ikinci yarısında havanın temperaturu bir qədər enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, mayın 3-də Azərbaycanda havanın temperaturu aşağı olacaq.

Mayın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, axşama dorğu şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-13, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Günün birinci yarısında yarımadanın bəzi yerlərində 29 dərəcəyə kimi isti olacaq.

Mayın 3-də isə Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 19-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində mayın 2-də gündüz hava əsasən yağmursuz olacaq. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 25-30, bəzi yerlərdə 33 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 6-11, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti