...

Azərbaycan Təhsil Nazirliyi bir neçə təhsil işçisini cəzalandırdı

Cəmiyyət Materials 1 May 2014 12:56 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bir necə təhsil işçisini cəzalandırıb.
Azərbaycan Təhsil Nazirliyi bir neçə təhsil işçisini cəzalandırdı

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bir neçə təhsil işçisini cəzalandırıb.

Trend nazirliyin "facebook" səhifəsinə istinadən bildirir ki, Təhsil Nazirliyinə Siyəzən Rayon Təhsil Şöbəsi, Tərtər rayon Evoğlu kənd tam orta məktəbi və Laçın rayon Ağgöl kənd ümumi orta məktəbinin fəaliyyətindəki nöqsanlarla bağlı daxil olmuş məlumatlar operativ araşdırılıb.

Siyəzən rayon təhsil şöbəsinin müdiri Rəfail Hacıyevin zəif nəzarəti nəticəsində tabeliyində çalışan işçilər vəzifə funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə tam şəkildə riayət etməyib və fəaliyyətlərini müasir tələblər səviyyəsində qura bilməyiblər. Bütün bunları nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən Siyəzən rayon təhsil şöbəsinin müdiri R.Hacıyevə, böyük məsləhətçi Vahid Məmmədova və metodist Şəhla Əliyevaya töhmət verilib.

Tərtər rayon Evoğlu kənd tam orta məktəbinin direktor müavini Y.Məhərrəmovun şikayəti əsasında tədris ocağında araşdırma aparılıb. Aparılmış araşdırma zamanı məlum olub ki, məktəbin direktoru Natiq Kazımov fəaliyyətində ciddi nöqsanlara yol verib. Belə ki, IX-XI sinif şagirdlərinin dərsə davamiyyəti olduqca aşağı olsa da, bu barədə jurnallarda heç bir qeydiyyat aparılmayıb. İşçilərə əsassız əməkhaqqı hesablandığına və digər bu kimi nöqsanlara görə məktəbin direktoru N.Kazımov tutduğu vəzifədən azad edilib.

Laçın rayon Ağgöl kənd ümumi orta məktəbində aparılan araşdırmaların nəticələrinə əsasən müəyyənləşdirilib ki, müəllimlərin dərs planları düzgün tərtib edilməyib, sinif jurnallarında və şəxsi işlərdə ciddi səhvlərə yol verilib, əmək intizamına düzgün riayət olunmayıb. İşinə səhlənkar yanaşdığına və təlim-tərbiyə işinin təşkilində yol verdiyi nöqsanlara görə məktəbin direktoru Hidayət İbrahimov tutduğu vəzifədən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti