...

Daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə minik avtomobilləri təqdim edilib (FOTO)

Cəmiyyət Materials 14 May 2014 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

Mayın 14-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə "Naz-Lifan" markalı minik avtomobilləri təqdim olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avtomobillərin təqdim edilməsi mərasimində vurğulanıb ki, son iki aya yaxın vaxt ərzində cari ilin əvvəlinədək növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 500 nəfəri avtomobillə təmin edilib. Dövlət hesabına avtomobil almaq üçün növbədə dayanan digər Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə təminatı bu ayın sonunadək tam başa çatdırılacaq.

Tədbirdə bildirilib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezidentin 30 aprel 2014-cü il tarixli "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamının icrası işlərinə başlayıb. 2014-cü ilədək növbədə dayanan Böyük Vətən müharibəsi, Çernobıl və hərbi xidmət əlillərinə artıq gələn aydan etibarən avtomobillərin verilməsi planlaşdırılır və bu proses yaxın bir neçə ayda yekunlaşdırılacaq.

Beləliklə, ölkə rəhbərinin qeyd olunan iki Sərəncamı nəticəsində cari ilin əvvəlinədək növbədə dayanmış bütün şəxslər avtomobilə sahib olacaqlar ki, bu da əlilliyi olan vətəndaşların sosial rifah halının yaxşılaşdrılmasında mühüm nailiyyətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti