Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə qaraciyər sirrozundan əziyyət çəkən televiziya işçisi Nizami Eyvazovun müalicəsi və əməliyyatı dövlət vəsaiti hesabına həyata keçiriləcək.
Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, N.Eyvazov Mərkəzi Neftçilər Xəstəxanasında müalicə və əməliyyat olunacaq.
Xəstə yaxın zamanlarda əməliyyat olunacaq. Xəstənin donoru yaxın qohumlarından biri olacaq.
Hazırda əməliyyata hazırlıq prosesi aparılır.