...

Professor Fredrik Star ADA Universitetinin fəxri doktoru adı ilə təltif edilib (FOTO)

Cəmiyyət Materials 21 May 2014 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir S.Əhmədova/

Bu gün ADA Universiteti Vaşinqtonda yerləşən Con Hopkins Universitetinin Mərkəzi Asiya - Qafqaz İnstitutunun rəhbəri və yaradıcısı professor Fredrik Starı fəxri doktor adı ilə təltif edib.

Qeyd edək ki, professor Star ADA Universitetində bu ada layiq görülən ikinci şəxsdir. ADA-nın ilk fəxri doktoru MDBMİ-nin rektoru Anatoli Torkunov olub.

Trend-in məlumatına görə, tədbir iştirakçılarını salamlayan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev professor Starın Böyük Mərkəzi Asiya regionu ölkələri, bu ölkələrin tarixi, inkişaf dinamikası, o cümlədən ABŞ-ın adıçəkilən regiona dair yürütdüyü siyasətə dair apardığı araşdırma və tədqiqatları yüksək qiymətləndirib.

Daha sonra tədbir iştirakçıları professor Starın yeni "Unudulmuş Maariflənmə: Ərəb İşğalından Tamerlana qədər Mərkəzi Asiyanın qızıl dövrü" adlı kitabı ilə tanış olublar.

Qeyd edək ki, kitab 800 və 1200-cü illər arasında Mərkəzi Asiyanın çiçəklənmə dövrünü yaşadığını, dünya ticarəti və iqtisadiyyatında böyük rol oynadığını, şəhərləri və şəhər arxitekturasının böyük inkişaf yolu keçdiyini, mədəniyyət, ədəbiyyat və incəsənət kimi sahələrin yüksək inkişaf etdiyini araşdırır. Kitabda həmçinin Mərkəzi Asiya xalqlarının astronomiya, riyaziyyat, tibb, geologiya, kimya, musiqi, sosial elmlər və digər elm sahələrində böyük nailiyyətlər əldə etdiyi qeyd edilir.

Kitab təqdimatından sonra ADA Universiteti təhsil sahəsində gördüyü işlər və ABŞ və Azərbaycan xalqlarının əlaqələrinin inkişaf etdirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə professor Fredrik Starı fəxri doktor adı ilə təltif edib və professora diplom təqdim olunub.

Tədbir ziyafətlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti