İdris İsayev: Azərbaycanda əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi iyulun 1-dən tətbiq olunacaq (FOTO)

İdris İsayev: Azərbaycanda əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi iyulun 1-dən tətbiq olunacaq (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend/

Mayın 22-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") Bakıda təşkil etdiyi aylıq işgüzar naharda iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən "AmCham"ın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu qonaqları və İ.İsayevı salamlayıb və "AmCham"la Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığa görə nazirlik rəsmisinə minnətdarlığını bildirib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə daimi əməkdaşlığımız Palatanın üzvlərinin işgüzar imkanlarını artırır və nazirliyə biznes mühiti ilə daha yaxın olmaq imkanını yaradır".

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İ.İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə əmək hüquqları sisteminin inkişafına, işçi hüquqlarının təminatına diqqət və qayğısının bu sahədə islahat tədbirlərinin aparılmasında mühüm əsas olduğunu vurğulayıb. Nazir müavini "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, əmək müqaviləsi bildirişlərinin elektron hökumət portalı üzərindən elektron informasiya sisteminə (EİS) daxil edilərək qeydiyyata alınması mexanizminin hazırlandığını bildirib. Əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiq olunacaq: "EİS-in proqram təminatı artıq hazırdır və yaxın aylarda sistemin tətbiqinə başlanacaq. Bu mexanizm əmək bazarında mövcud münasibətlər sisteminin elektron qaydada hüquqi müstəvidə əhatə olunmasına imkan yaratmaqla, həm işçilərin, həm də biznes strukturlarının əmək bazarında mənafelərini ifadə edəcək".

EİS-dən istifadə ilə bağlı müvafiq məlumatlandırma işlərin aparıldığını diqqətə çatdıran İ.İsayev eyni zamanda əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə hazırlanan Milli Strategiya layihəsindən bəhs edib, layihəyə əsasən ölkədə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılacağını bildirib.

Aparılan islahatlarda sosial tərəfdaşlarla, o cümlədən işəgötürənlərlə əməkdaşlığa mühüm önəm verildiyini qeyd edən İ.İsayev ayrı-ayrı iri şirkətlərlə əməkdaşlığa dair memorandumların, peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün 3 iri sığorta şirkəti ilə sazişlərin imzalandığını bildirib. Nazirliklə "AmCham" arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayan nazir müavini qeyd edib ki, həm xarici, həm də yerli şirkətlərlə sosial tərəfdaşlıq çərçivəsində əməkdaşlıq mühiti əmək bazarının inkişafı, əmək münasibətlərinin təkmilləşdirilməsi tədbirlərinin təşkili zamanı sahibkarların da rəy və təkliflərinin öyrənilməsinə və nəzərə alınmasına imkan verir: "Çünki bu sahədə atılan addımlar əmək bazarındakı tərəflərin ümumi maraqlarına xidmət edir".

Sonda İ.İsayev tədbir iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyasıdır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış "AmCham" 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökümətlə geniş əlaqə imkanları əldə edir.

AVRO-2020: Finlandiya Danimarkanı məğlub etdi
AVRO-2020: Finlandiya Danimarkanı məğlub etdi
İdmançılarımız bədii gimnastika üzrə Avropa çempionatının iki finalına çıxıblar
İdmançılarımız bədii gimnastika üzrə Avropa çempionatının iki finalına çıxıblar
AVRO-2020: Danimarka - Finlandiya oyunu təxirə salındı
AVRO-2020: Danimarka - Finlandiya oyunu təxirə salındı
Loading Bars
Xəbər lenti
Dünyada COVİD-19 əleyhinə 2,33 milyarddan çox peyvənd istifadə edilib
Prezident İlham Əliyevin qətiyyəti Ermənistanı mina xəritəsini verməyə məcbur etdi
PKK terrorçuları Afrin şəhərini raket atəşinə tutub, 13 nəfər ölüb
AVRO-2020: Finlandiya Danimarkanı məğlub etdi
Abşeronda ikimərtəbəli tikili yanıb
Avropa Şurasının prezidenti saxlanılan 15 erməninin Azərbaycan tərəfindən azad edilməsi qərarını yüksək qiymətləndirib
ABŞ saxlanılan 15 nəfər erməninin Azərbaycan tərəfindən azad edilməsi qərarını alqışlayir
İdmançılarımız bədii gimnastika üzrə Avropa çempionatının iki finalına çıxıblar
AVRO-2020: Danimarka - Finlandiya oyunu təxirə salındı
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbirlər keçirilib (FOTO/VİDEO)
Britaniyanın baş naziri və BMT-nin baş katibi pandemiya məsələsini müzakirə ediblər
Ali Baş Komandanın növbəti qələbəsi: Kapitulyasiya aktını imzalayan Ermənistan indi də mina xəritələrini verməyə məcbur oldu
Bakıda fərdi ev yanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Uels-İsveçrə oyununa baxıblar (FOTO/VİDEO)
Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi müqaviləsini təsdiqləyib
“Avro-2020”: Uels - İsveçrə matçı heç-heçə başa çatıb
Azərbaycan 97 min mina xəritəsi müqabilində, 15 ermənini təhvil verib
Futboldan sonra azarkeşlər Q.Qarayev” stansiyası və S.Vurğun bağı istiqamətlərində daşınacaq - BNA (FOTO)
Seçki yaxınlaşdıqca Ermənistandakı siyasi qüvvələr arasında ziddiyyətlər daha da dərinləşir - ŞƏRH
Bərpa olunan enerji mənbələri qazıntı yanacaqlarını bazardan çıxara biləcəkmi?
TamKartla böyük endirim və hissə-hissə ödəniş fürsəti!
Ceyhun Bayramov Birləşmiş Krallığın nümayəndə heyəti ilə görüşüb (FOTO)
Milli Məclisin Sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyətini qəbul edib (FOTO)
Bakıda ev və avtomobil yanıb
Bu il Azərbaycan 96 ölkəyə məhsul ixrac edib
Səudiyyə Ərəbistanı əcnəbi zəvvarlar üçün Həcc ziyarətini qadağan edib
Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 204 nəfər COVID-19-dan sağalıb, 61 nəfər yoluxub
“Avro-2020”: Uels və İsveçrə millilərinin start heyətləri açıqlanıb
Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri praktiki məşğələdə iştirak ediblər (FOTO/VİDEO)
Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən komanda-qərargah təlimi başa çatıb (FOTO/VİDEO)
Azərbaycan Prezidenti: Biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq
Prezident İlham Əliyev: Ötən il noyabrın 10-da imzalanmış Bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə Bəyanat deyil. Bu, atəşkəsdən daha böyük sənəddir
Azərbaycan Prezidenti: Ermənistan delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr, peşman olacaqlar
Prezident İlham Əliyev: Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək
Azərbaycan Prezidenti: Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir
Prezident İlham Əliyev: 100-dən çox azərbaycanlı Ermənistanın bizə mina xəritələrini vermədiyinə görə qətlə yetirilib və ya yaralanıb
Zəruri qayda və tələbləri pozan sahibkarlıq subyektləri cərimələnib
Azərbaycan Prezidenti: Vandalizm və barbarlıq - işğal illəri ərzində Ermənistan dövlətinin torpaqlarımızda etdiklərini göstərmək üçün bu iki sözdən istifadə etmək olar
Prezident İlham Əliyev: Biz bütün ölkələrə özünümüdafiə hüququ verən BMT-nin nizamnaməsi əsasında hərəkət etdik
Azərbaycan Prezidenti: Vətən müharibəsində qazandığımız Qələbə Azərbaycanın və regionun yeni inkişaf mərhələsidir
Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasət kursu dünyanın bütün ölkələri ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çingiz Qacarın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
AVRO-2020: BNA azarkeşlərin daşınması üçün xüsusi ekspres xətlər üzrə daşımalar başlayıb (FOTO)
Gələn ildən başlayaraq, pandemiyanın gedişində əsaslı dönüş olacaq - Baş infeksionist
Əhali arasında kütləvi immunitetin yaranmasından danışmaq hələ tezdir - Təyyar Eyvazov
Proses belə davam etsə, digər məhdudiyyətlərin də yumşaldilması tətbiq olunacaq - Baş infeksionist
Azərbaycanda ödənişli xidmətlərdən əldə olunan gəlirin həcmi açıqlanıb
Prezident İlham Əliyev: İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir
Prezident İlham Əliyev: Bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir
“Azər­su” Avropa Çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb
Bakı Taksi Xidmətinin London taksilərində gediş haqqını təmassız ödə!
İranda ötən sutkada 115 nəfər koronavirusdan ölüb
“Nar” AVRO-2020 oyunlarının keçiriləcəyi ərazilərdə şəbəkə optimallaşdırma işlərini yekunlaşdırıb
Akademik Çingiz Qacar II Fəxri xiyabanda dəfn edilib
Azərbaycan Ordusunda yüngül atletika və gimnastika üzrə yarış keçirilib (FOTO)
"Matç TV" şərhçisi Azərbaycan qanunlarını pozmamalı idi - Jurnalist
Məşhur yazıçı-alim, Qacarlar nəslinin nümayəndəsi Çingiz Qacar vəfat edib
“Milli Qurtuluş Günü”nə həsr edilmiş “Müqəddəs Missiya” mövzusunda videokonfrans keçirilib (FOTO)
Bakıda yaşayış binasına atəş açan keçmiş məhkum saxlanılıb
Biləsuvarda bıçaqlanma olub: Ölən və xəsarət alan var
Prezident İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO) (YENİLƏNİB)
Elektron kommersiya üzrə qlobal satışlar dünya topdansatış bazarını sıxışdırır - Təhlil
Bazar günü 34 dərəcəyədək isti olacaq
Daha bir institutda doktorant və dissertantlar hazırlanacaq
Antisanitar şəraitdə işləyən çayxana aşkarlanıb
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticəsi açıqlanıb
Gəncədə partlayış olub, 3 nəfər xəsarət alıb
Laçın rayonunun Kamallı kəndi (VİDEO)
Kəlbəcər yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi başa çatıb (FOTO)
Sərnişinlərin 8 faizi taksilərdən istifadə edib
AZAL-ın Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Həyətində narkotik əkən keçmiş məhkum yaxalanıb
Avtomobildən külli miqdarda narkotik aşkarlanıb
Çində kimyəvi maddənin sızması nəticəsində 8 nəfər ölüb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
Beynəlxalq idman tədbirlərinin Azərbaycana siyasi və iqtisadi dividendləri
Rusiyanın üç şəhərindən Bakıya reyslər işə salınır
Yeni ekspress avtobuslar fəaliyyətə başlayıb (FOTO)
Kəlbəcərdə azad olunan ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanıldı
Avropa Şurası Azərbaycanla Ermənistan arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kompleksi üzərində işləyir
Bakıdan Antalyaya uçan təyyarə mühərrikə quş girdiyi üçün havaya qalxmayıb
Pensiyalar bu tarixə qədər tam ödəniləcək
Azərbaycanda iqtisadi artım bərpa olundu - Vüsal Qasımlı
Azərbaycanda bu sahədə çalışanlar yüksək maaş alır
Qubada yanğın baş verib, 1 nəfər ölüb
ABŞ-da atışma olub, ölənlər var
Bu gün Bakı AVRO-2020-nin oyununu qəbul edir
Kolumbiyada mədəndə partlayış olub, ən azı 11 nəfər dağıntılar altında qalıb
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə Fərid Qayıbovun namizədliyi irəli sürülüb
İraqın şimalında raket hücumu nəticəsində türk əsgəri həlak olub
BMT Baş katibi G7 ölkələrinin koronavirusla mübarizə səylərini qeyri-kafi hesab edir
Meksikada avtobus dərəyə aşıb, 23 nəfər yaralanıb
Türkiyədə son sutkada koronavirusdan 6 217 nəfər sağalıb
Novak Cokoviç Rafael Nadalı məğlub edərək "Rolan Garros"un finalına yüksəldi
Britaniya koronavirusla bağlı məhdudiyyətlərin ləğv edilməsini gecikdirə bilər
AVRO-2020: İtaliya millisi Türkiyə komandasını məğlub edib
Bütün xəbərlər