...

Bakı şəhər Prokurorluğu Ucar sakininin çoxmərtəbəli binadan yıxılıb ölməsi ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 24 May 2014 15:37 (UTC +04:00)
Bakı şəhər Prokurorluğu Ucar sakininin çoxmərtəbəli binadan yıxılıb ölməsi ilə bağlı məlumat yayıb
Bakı şəhər Prokurorluğu Ucar sakininin çoxmərtəbəli binadan yıxılıb ölməsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 24 may /Trend/

Bakı şəhər Prokurorluğu Ucar sakininin çoxmərtəbəli binadan yıxılıb ölməsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Trend-ə verilən məlumata görə, mayın 23-də saat 18:00 radələrində 1980-cı il təvəllüdlü, Ucar rayon sakini Kərimov Elşad Hacıağa oğlu "Sərhədçi" Mənzil Tikinti Kooperativi tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində işləyərkən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti