...

Bakı sürücülərinə xəbərdarlıq

Cəmiyyət Materials 27 May 2014 09:46 (UTC +04:00)
Mayın 26-dan 27-nə keçən gecə 00:00-dan Həsən Əliyev küçəsinin bir hissəsi avtomobillərin hərəkjəti üçün bağlanıb.
Bakı sürücülərinə xəbərdarlıq

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İzzət/

Mayın 26-dan 27-nə keçən gecə 00:00-dan Həsən Əliyev küçəsinin bir hissəsi avtomobillərin hərəkjəti üçün bağlanıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, təmir işləri ilə əlaqədar Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissəsinin təmir-tikinti işləri ilə əlaqədar bağlanıb.

Artıq kommunikasiya xətti ilə bağlı doldurulmuş xəndəklərin kipləşdirilməsi, kommunikasiya quyularının dəmir-beton piltələrinin dəyişdirilməsi işlərinə başlanılıb. Bundan sonra isə köhnə asfalt qaşınaraq yenisi ilə əvəz olunacaq.

Onun sözlərinə görə, təmir işlərinin 7-10 günə bitəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti