...

AMEA ilə İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyası arasında memorandum imzalanıb

Cəmiyyət Materials 30 May 2014 11:56 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyası arasında memorandum imzalanıb.
AMEA ilə İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyası arasında memorandum imzalanıb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyası arasında memorandum imzalanıb.

AMEA-dan Trend-ə verilən məlumata görə, memorandumun imzalanmasında məqsəd iki akademiya arasında ictimai, təbiət və dəqiq elmlər, eləcə də mühəndislik elmləri üzrə araşdırmaların daha da geniş şəkildə aparılmasıdır.

Sənəd Bakıda keçirilən "Azərbaycan-İspaniya əlaqələri: iqtisadi inkişafa elmi baxış" mövzusunda simpoziumda imzalanıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan alimlərinin ispaniyalı həmkarları ilə müəyyən əməkdaşlıq əlaqələri var. Onun sözlərinə görə, Azərbaycan və İspaniya tədqiqatçıları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin artırılması və kadr hazırlığı siyasətində qarşılıqlı səylərin sürətləndirilməsi baxımından simpozium böyük əhəmiyyətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti