...

Bakıda 217 vakant iş yeri üzrə əmək yarmarkası keçirilib (FOTO)

Cəmiyyət Materials 30 May 2014 14:00
Bakının Qaradağ rayonunda əmək yarmarkası keçirilib.
Bakıda 217 vakant iş yeri üzrə əmək yarmarkası keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Bakının Qaradağ rayonunda əmək yarmarkası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti aktiv məşğulluq tədbirlərinin davamı olaraq daha bir Əmək yarmarkasını Bakı şəhərinin Qaradağ rayonunda keçirib. Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan yarmarkada Bakının Qaradağ rayonu ilə yanaşı, Səbail və Yasamal rayonlarında fəaliyyət göstərən müəssisələr də boş (vakant) iş yerləri ilə iştirak edib.

Tədbirdə Bakı Gəmiqayırma zavodu, "Qaradağ Maşınqayırma" ASC, "Holcim (Azərbaycan)" ASC, "Norm" MMC, "Access Bank"ASC, "Avanqard-N" şirkəti, "Embawood " MMC, "Inter-Glass" MMC və digər iri müəssisələrin də daxil olduğu, 1-i dövlət, qalanları qeyri-dövlət sektoruna aid ümumilikdə 23 müəssisə üzrə 217 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib. Onlardan 202 vakant iş yeri özəl sektora aiddir. Yarmarkada təqdim olunan vakant iş yerlərində əmək haqqının ən aşağı həddi 170-200 manat, ən yüksək həddi isə 1500-2000 manat təşkil edib.

Əsasən qulluqçu və fəhlə peşələri üzrə vakant iş yerlərinin təklif olunduğu yarmarkada Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslərin münasib işlərlə təminatı diqqət mərkəzində saxlanılıb. Tədbir zamanı əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb. Həmçinin yarmarkada müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər üçün Bakı Əmək Birjasının fəaliyyəti təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti