...

DİN rəhbərliyi polis əməkdaşlarının maaşlarına əlavələr təyin edə biləcək

Cəmiyyət Materials 3 İyun 2014 17:35 (UTC +04:00)
DİN rəhbərliyi polis əməkdaşlarının maaşlarına hər ay əlavələr təyin edə biləcək.
DİN rəhbərliyi polis əməkdaşlarının maaşlarına əlavələr təyin edə biləcək

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

DİN rəhbərliyi polis əməkdaşlarının maaşlarına hər ay əlavələr təyin edə biləcək.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, Nazirlər Kabineti bununla bağlı "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edib.

Dəyişiklik polis əməkdaşlarının vəzifə maaşlarına əlavələrin nə vaxt edilməsi ilə bağlıdır.

Yeni qərara əsasən, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin polis əməkdaşlarına əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla nə vaxt əlavələr təyin etmək səlahiyyətinə aydınlıq gətirilib.

Belə ki, DİN rəhbərliyi bundan sonra artıq hər ay polis əməkdaşlarına əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti