...

Astarada xəstəxananın mazut quyusunda boğulan azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 4 İyun 2014 15:34 (UTC +04:00)
Astarada xəstəxananın mazut quyusunda boğulan azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb.
Astarada xəstəxananın mazut quyusunda boğulan azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Astarada xəstəxananın mazut quyusunda boğulan azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 3-də Astara şəhər sakini, 2011-ci il təvəllüdlü Babazadə Ədalət Hikayət oğlu rayon mərkəzi xəstəxanasının həyətində mazut çalasına düşərək vəfat edib. Bu barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçiriblər.

İlkin araşdırmalarla müəyyən edilib ki, hadisə baş verən sahə əvvəllər xəstəxananın isitmə qurğuları üçün torpağın altında tikilmiş mazutun saxlandığı yer olub. 2012-ci ilin mart ayında "Real" mənzil-tikinti kooperativi tərəfindən xəstəxanada əsaslı təmir işləri aparılarkən həmin ərazinin üst hissəsinə torpaq tökülərək yaşıllıq zolağı salınıb. Qeyd edilən tarixdə Ə.Babazadə anası ilə xəstəxanaya gəlib. Azyaşlı orada oynayarkən yaşıl ot örtüyü çökdüyündən o, içərisində mazut olan yerə düşüb və boğularaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti