...

Səudiyyə Ərəbistanı Həcc ziyarəti zamanı virusun yayılması məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 5 İyun 2014 15:01 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Kralı Yaxın Şərq "tac" virusu (MERS - Middle East Respiratory Syndrome) kimi tanınan virusla bağlı məsələyə xüsusi diqqət ayırır, xəstəliyin qarşısının alınması istiqamətində tədbirlər görülür.
Səudiyyə Ərəbistanı Həcc ziyarəti zamanı virusun yayılması məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Səudiyyə Ərəbistanının Kralı Yaxın Şərq "tac" virusu (MERS - Middle East Respiratory Syndrome) kimi tanınan virusla bağlı məsələyə xüsusi diqqət ayırır, xəstəliyin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Trend xəbər verir ki, bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri Abdullah ibn Muhəmməd Ən-Nasir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Həcc ziyarəti zamanı zəvvarların xəstəliyə yoluxma təhlükəsi ilə bağlı sualı cavablandıran Abdullah ibn Muhəmməd Ən-Nasir MERS virusunun Səudiyyə Ərəbistanında kütləvi yayılmadığını bildirib: "Biz bu virusun yayılmasının qarşısını almağa, məhdudlaşdırmağa nail olmuşuq. Bu məsələ KİV-lərdə şişirdilib. Həcc ziyarəti dövrü olmasa da, ümrə ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanına minlərlə insan gəlir və onların arasında bu virusa yoluxma halı qeydə alınmayıb".

Onun sözlərinə görə, bu xəstəliyin yayıldığı yerlər arasında Məkkə və Mədinə kimi müqəddəs şəhərlər yoxdur: "Bu virus, əsasən, paytaxt ər-Riyadda və ölkənin bəzi yerlərində qeydə alınıb. Bununla belə, biz bu xəstəliklə mübarizəyə həm yerli, həm də xarici həkimləri cəlb etmişik, peyvəndlər alıb gətirmişik. Bu xəstəlik deyildiyi kimi qorxulu deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti