...

Zaqrebdə Milli Qurtuluş Gününə həsr edilmiş konsert proqramı təşkil olunub (FOTO)

Cəmiyyət Materials 11 İyun 2014 20:03 (UTC +04:00)
Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Zaqrebdə Milli Qurtuluş Gününə həsr edilmiş konsert proqramı təşkil olunub.
Zaqrebdə Milli Qurtuluş Gününə həsr edilmiş konsert proqramı təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Zaqrebdə Milli Qurtuluş Gününə həsr edilmiş konsert proqramı təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, konsertin bədii hissəsinin başlanmasından əvvəl Azərbaycanın Xorvatiyadakı səfiri K.Xasiyev çıxış edərək 15 iyun - Milli Qurtuluş Gününün tarixi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə tədbir iştirakçılarına məlumat verib.

Konsertdə Azərbaycanın əməkdar artisti, pianoçu Nərgiz Əliyarova və opera müğənnisi Azər Rza-zadə dünya və Azərbaycan bəstəkarlarının klassik əsərlərini ifa ediblər.

Tədbirdə Xorvatiyanın keçmiş Prezidenti, Azərbaycan-Xorvatiya Dostluq Qrupunun rəhbəri S.Mesiç ilə yanaşı, Xorvatiyanın hökumət, dövlət nümayəndələri, Xorvatiyada akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan-Xorvatiya Dostluq Qrupunun üzvləri və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Q.Qarayev, F.Əmirov, F.Sücəddinov, V.Mustafazadə, C.Haciyev, M.Maqomayev, V.A.Motsart, F.Şopin, C.Puççini, Raxmaninov və digərlərinin əsərləri musiqisevərlər tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti