...

Bakıda ötən günlər küləyin sürəti 30-32 m/s-ə çatıb

Cəmiyyət Materials 23 İyun 2014 15:23 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun 22-23 tarixlərində Azərbaycanda müşahidə edilən küləyin sürəti ilə bağlı məlumat yayıb.
Bakıda ötən günlər küləyin sürəti 30-32 m/s-ə çatıb

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun 22-23 tarixlərində Azərbaycanda müşahidə edilən küləyin sürəti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, əvvəlcədən xəbər verildiyi kimi, iyunun 22-23-də bəzi Kür vadisi rayonlarda, eləcə də ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda küləyin maksimal sürəti 18-26 m/s-yə çatıb.

Bakıda və Abşeron yarımadasında isə küləyin sürəti 30-32 m/s-dək güclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti