...

İyulun 1-dən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində oxuyan şagirdlərin yerləşdirilməsinə başlanacaq

Cəmiyyət Materials 25 İyun 2014 13:25 (UTC +04:00)
İyulun 1-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaq.
İyulun 1-dən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində oxuyan şagirdlərin yerləşdirilməsinə başlanacaq

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

İyulun 1-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaq. Trend Təhsil Nazirliyinin saytina istinadən xəbər verir ki, qəbul zamanı seçim məqsədi ilə Bakı şəhərinin ən yaxşı məktəbləri barədə ətraflı məlumat veriləcək.

Azərbaycanda ilk dəfə olaraq dövlət ümumtəhsil məktəbləri arasında Beynəlxalq Bakalavriat Proqramının (BBP) tətbiq edildiyi 6 nömrəli məktəb-lisey yeni tədris ili üzrə ingilis bölməsinə şagird qəbulu elan edir.

Tədris ingilis dilində olan Beynəlxalq Bakalavriat Proqramı (www.ibo.org) çərçivəsində təhsil bir neçə mərhələyə - PYP-ibtidai, MYP-V-IX siniflər, DP-diplom proqramı X-XI siniflər üzrə bölünür. Ibtidai və diplom proqramı üzrə təhsilin tətbiq olunduğu 6 nömrəli məktəb-liseydə bu ildən etibarən MYP-V-IX siniflər üzrə də qəbul aparılacaq.

Təhsil müəssisəsini bitirən məzunlara BBP diplomu ilə bərabər, Azərbaycanın ümumtəhsil məktəblərinin məzunlarına verilən sənəd - attestat da təqdim olunur. BBP diplomu alan məzunlar dünyanın 130-dan çox ölkəsinin ən nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanırlar.

Təhsil müəssisəsində BBP çərçivəsində xaricdən dəvət olunmuş müəllimlər çalışırlar. Məktəb-lisey MDB ölkələri üzrə BBP Məktəbləri Assosiasiyasının üzvüdür. 6 nömrəli məktəb-liseydə tətbiq olunan kurikulum milli kurikuluma inteqrasiya olunub.

Təhsil müəssisəsinə sənədlərin qəbulu və müsahibə prosesi 27 iyun 2014-cü il tarixindən -15 iyul 2014-cü il tarixinədək həftənin I-V günləri saat 09:00-dan 13:00-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti