...

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2014 14:58 (UTC +04:00)
İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti