...

Şəmkirdə açıq havada 30 komandanın iştirakı ilə şəhər birinciliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2014 15:10 (UTC +04:00)
Azərbaycan İntellektual Oyunlar Klubu və "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin birgə təşkilatçılığı ilə İntellektual oyunlar üzrə Şəmkir şəhər birinciliyi keçirilib.
Şəmkirdə açıq havada 30 komandanın iştirakı ilə şəhər birinciliyi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan İntellektual Oyunlar Klubu və "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin birgə təşkilatçılığı ilə İntellektual oyunlar üzrə Şəmkir şəhər birinciliyi keçirilib.

Trend-in məlumatına görə, intellektual yarışmada Şəmkir rayonunun müxtəlif kənd və qəsəbələrinin məktəblərini təmsil edən 30 komandadan 180 məktəbli mübarizə apardı.

Onu da nəzərinizə çatdırırıq ki, yarışma Nə? Harada? Nə Zaman? formatında keçirilib. Oyun hər tur 12 sualdan ibarət olmaqla 3 tur davam edib. Oyun bitdikdən sonra eyni xalı toplamış "Zəka" (Şəmkir) və "Odlar yurdu" (Çinarlı) komandaları 5 sualdan ibarət qısa bir turla III yer üçün mübarizə apardılar və sonda 10 xalla "Odlar yurdu" (Çinarlı) komandası III yerdə qərarlaşıb. Şəffaf və gərgin mübarizə ilə davam edən oyunun nəticəsində qalib komandalar 3 yer üzrə müəyyənləşdi.

Beləliklə oyun nəticəsində 12 xalla l yerdə "Kamillər" (Zəyəm-Cırdaxan),11 xalla ll yerdə "Liderlər" (Dəllər-Cırdaxan) və 10 xalla lll yerdə "Odlar yurdu" (Çinarlı) komandası oldu.

Klubun prezidenti Aydın Piriyev deyib ki, tədris ilinin bitməsinə baxmayaraq, xüsusilə region məktəblilərin maraq naminə geniş kütlə ilə iştirakı kifayət qədər sevindirici haldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti