...

Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 27 İyun 2014 19:22
Müşavirədə aidiyyəti xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilib, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.
Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar penitensiar müəssisələrdə qeydiyyat işinin təşkili və vətəndaşların qəbulu işinin vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə tabe qurumların rəhbərləri, Baş idarənin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları iştirak ediblər.

Müşavirədə aidiyyəti xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilib, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti