...

Əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə qaydalarına dair məlumatlandırma işləri aparılır

Cəmiyyət Materials 1 İyul 2014 16:51 (UTC +04:00)
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair işəgötürənlər arasında məlumatlandırma tədbirlərinə başlayıb.
Əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə qaydalarına dair məlumatlandırma işləri aparılır

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair işəgötürənlər arasında məlumatlandırma tədbirlərinə başlayıb. Belə tədbirlərdən biri Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, şirkətin idarə və müəssisələrinin kadrlar şöbələrinin rəhbər şəxsləri və aparıcı mütəxəssislərinin iştirakı ilə keçən seminarda ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə" 2014-cü il 3 fevral tarixli fərmanının işçi hüquqlarının etibarlı təminatı mexanizminin müasir tələblərə uyğun qurulmasına xidmət etdiyini bildirib.

X.Məmmədov fərmanın icrası istiqamətində ƏƏSMN tərəfindən mühüm islahat tədbiri olaraq yaradılan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin ARDNŞ-nin idarə və müəssisələrində də tətbiqinin diqqətdə saxlanıldığını qeyd edib.

ƏƏSMN-in əməkdaşları Əbülfət Məhərrəmov, Aynurə Tağıyeva, Fuad Heydərov və Kənan Əkbərov təqdimatlar əsasında əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi qaydaları haqqında ətraflı məlumatlar veriblər. Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması üçün sistemə daxil edilməsi, qeydiyyatdan keçirilməsi və bu barədə işəgötürənə məlumat verilməsi prosedurları, əmək müqaviləsi bildirişinin, habelə əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişinin formaları əyani şəkildə nümayiş etdirilib.

Bildirişlərin "Elektron hökumət" portalı üzərindən (https://www.e-gov.az) sistemə daxil edilməsi üçün zəruri olan gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması, yeni sistemdə məlumatların təhlükəsizliyinin təmin edilməsi və s. barədə məlumatlar verilib.

Tədbirdə bu islahat tədbiri nəticəsində qeyri-leqal əməyin qarşısının alınması, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, sosial sığorta haqları və vergi daxilolmalarının artırılması üçün əsas formalaşacağı vurğulanıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti