...

DSMF-yə xarici ölkələrin sığorta-pensiya qurumları tərəfindən daxil olan müraciətlərin sayı 49 faiz artıb

Cəmiyyət Materials 4 İyul 2014 11:05 (UTC +04:00)
2014-cü ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb.
DSMF-yə xarici ölkələrin sığorta-pensiya qurumları tərəfindən daxil olan müraciətlərin sayı 49 faiz artıb

Azərbaycan, Bakı, 4 iyul /Trend/

2014-cü ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb.

Fonddan Trend-ə verilən məlumata görə, 2013-cü ilin analoji dövrü ilə müqayisədə bu qəbildən olan müraciətlər 49 faiz artıb.

Cari ilin ilk 6 ayı ərzində DSMF-yə daxil olan 2406 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1754 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Cümhuriyyəti gəlir və qardaş ölkədən Fonda 134 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir. DSMF-yə daxil olan digər 518 müraciət isə ayrı-ayrı xarici ölkələrin və yerli rayon şöbələrinin, həmçinin vətəndaşlardan daxil olmuş müraciətlərin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti