...

DİN tolerantlığa dair növbəti tədbiri Qusarda keçirdi

Cəmiyyət Materials 4 İyul 2014 18:29 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans iyulun 4-də Qusar rayonunda keçirilib.
DİN tolerantlığa dair növbəti tədbiri Qusarda keçirdi

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans iyulun 4-də Qusar rayonunda keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Profilaktik İşin Təşkili İdarəsinin rəisi, polis polkovniki Əziz Baqişev ölkəmizin dini və milli tolerantlıq baxımından digər dövlətlərə nümunə olduğunu, Azərbaycanda bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənildiyini bildirib, dini ayrıseçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən görülən işləri və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Əsədov çıxışında rayon ərazisində hər bir şəxsin konstitusion hüquq və azadlıqlarının, o cümlədən dini etiqad və əqidə azadlığının tam təmin olunduğunu qeyd edib, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Şahid Fərəməzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal regional şöbəsinin nümayəndəsi Eynulla Nurullayev, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə dini icmanın sədri Fəryaddin Rəhimxanov, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Nurməmmədov, Gənclər və İdman İdarəsinin rəis müavini Ramin Məcidov və digər şəxslər çıxış edərək, dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıb, ölkəmizdə dini sahədə maarifləndirmə işləri ilə bağlı belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti