...

Ukrayna Elmlər Akademiyası azərbaycanlı alimi mükafatlandırıb (FOTO)

Cəmiyyət Materials 7 İyul 2014 14:06 (UTC +04:00)
Ukraynada yaşayan azərbaycanlı alim mükafatlandırılıb.
Ukrayna Elmlər Akademiyası azərbaycanlı alimi mükafatlandırıb (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Ukraynada yaşayan azərbaycanlı alim mükafatlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ukraynada yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəal üzvlərindən biri Arif Quliyev Ukrayna Elmlər Akademiyasının xüsusi diplomu ilə təltif edilib.

Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyev elm, təhsil və mədəniyyət sahəsində Ukrayna Azərbaycan münasibətlərinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, 1998-ci ildən Ukraynada yaşayan Arif Quliyev monoqrafiya və dərsliklərin, xarici siyasət, dövlət idarəçiliyi, Azərbaycan və Ukraynanın beynəlxalq və ictimai münasibətləri məsələlərinə dair yüzdən çox elmi və elmi-populyar yazının müəllifidir.

Arif Quliyev Ukraynanın Əməkdar maarif işçisi, Ukrayna Milli Jurnalistlər İttifaqının, Beynəlxalq Jurnalistlər Federasiyasının, Ukrayna Hüquqşünaslar Assosiasiyasının üzvü, habelə "Dostluq körpüləri: Ukrayna-Azərbaycan" beynəlxalq layihəsinin laureatıdır. Tanınmış alim məhsuldar ictimai fəaliyyətlə də məşğuldur, "Xalq Demokratiyası İnstitutu"nun İdarə Heyətinin rəhbəri, "Ukrayna Azərbaycanlılarının Elmi Şurası" və "Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurası" ictimai təşkilatlarının həmtəsisçisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti