...

Gəncə təmizlik idarəsinə yeni avtomaşınlar alınıb

Cəmiyyət Materials 7 İyul 2014 16:26 (UTC +04:00)
Bunun üçün şəhərin müxtəlif ərazilərinə 500 ədəd yeni zibil qutusu qoyulub.
Gəncə təmizlik idarəsinə yeni avtomaşınlar alınıb

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Gəncə təmizlik idarəsinə 4 ədəd "MAZ" markalı manipulyatorlu yeni avtomaşınlar alınıb.

Gəncə avtomobil zavodunun istehsalı olan bu avtomaşınlar əsasən məişət tullantılarını daşıyacaq. Bunun üçün şəhərin müxtəlif ərazilərinə 500 ədəd yeni zibil qutusu qoyulub.

Hazırda idarədə şəhərdəki məişət tullantılarını daşımaq üçün 13 ədəd manipulyatorlu avtomaşın var. Onlardan 3-ü Almaniya istehsalı olan "MAN", 6-sı Çin istehsalı olan "CAK", 4-ü isə Gəncə istehsalı olan "MAZ" avtomaşınlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti