...

Oğuzda "Yay məktəbi" işini uğurla davam etdirir (FOTO)

Cəmiyyət Materials 7 İyul 2014 19:51
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinə start verilib.
Oğuzda "Yay məktəbi" işini uğurla davam etdirir (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinə start verilib.

Məktəbin ilk günündə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevanın rəhbərliyi ilə açılış mərasimi keçirilib.

Millət vəkili gəncləri salamlayaraq, layihənin əhəmiyyəti haqqında danışıb. O, proqram və qaydalar haqqında məlumat verib, bütün gəncləri intizam qaydalarına ciddi əməl etməyə çağırıb.

YAP GB Ofisinin kütləvi tədbirlər üzrə koordinatoru Aytən Hüseynova təşkilati işlərlə bağlı gənclərin suallarını cavablandırıb, keçiriləcək oyunlar və təşkil olunacaq görüşlər barədə danışıb.

Gənclər "Qarabağ", "İşıqlı gələcək", "Odlar yurdu", "Qırmızı kart" adları altında 4 komandaya bölünüblər.

İstirahətdən sonra isə komandalar arasında praktik oyunlar təşkil olunub.

Şam yeməyindən sonra gənclər arasında interaktiv oyunlar və "İstedad gecəsi" adlı tədbir keçirilib.

Məktəbin ikinci günündə gənclərə Azərbaycanın demokratik inkişaf yollarından və istiqamətlərindən danışılıb.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı S.Vəliyeva çıxış edərək bildirib ki, Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyası ölkəmizin demokratik inkişafının əsasını təşkil edir.

Deputat bildirib ki, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir.

S.Vəliyeva vurğulayıb ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır: "Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin komponentlərinin təşəkkül tapmasını, həmçinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirən başlıca amil mütəmadi surətdə islahatlarının həyata keçirilməsi olub".

Sonra deputat S.Vəliyeva gənclərin mövzu ilə əlaqədar suallarını cavablandırıb.

Həmin gün gənclər arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilib, interaktiv oyunlar və "İstedad gecəsi" adlı tədbirlər təşkil olunub.

Qeyd edək ki, Oğuzda "Yay məktəbi" davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti