...

Bu il Azərbaycanda 577 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 15 İyul 2014 15:09 (UTC +04:00)
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 521 qida zəhərlənməsi baş verib.
Bu il Azərbaycanda 577 nəfər qidadan zəhərlənib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 521 qida zəhərlənməsi baş verib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, qida zəhərlənməsi nəticəsində 577 nəfər zəhərlənib. Bu müddətdə 13 botulizm hadisəsi baş verib. Nəticədə 19 nəfər zərər çəkib.

Zəhərlənmə hadisələrinin hamısı məişət şəraitində baş verib. Ümumilikdə qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.

Bu il 1 nəfər qida zəhərlənməsi nəticəsində dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti