...

Azərbaycanın bəzi yerlərində temperatur 38 dərəcəyə çatacaq

Cəmiyyət Materials 30 İyul 2014 12:52
Sabah Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.
Azərbaycanın bəzi yerlərində temperatur 38 dərəcəyə çatacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Sabah Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 31-də Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çağacağı və qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəsək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti