...

Baş Prokurorluq Bakıda "güllələnmə" və "atışma" məsələlərinə aydınlıq gətirdi

Cəmiyyət Materials 16 Avqust 2014 12:59 (UTC +04:00)
Bakıda Səbail rayonunda qeydə alınan insidentlə bağlı hadisənin baş vermə səbəblərinin, eyni zamanda, cinayəti törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq Bakıda "güllələnmə" və "atışma" məsələlərinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Bakıda Səbail rayonunda qeydə alınan insidentlə bağlı hadisənin baş vermə səbəblərinin, eyni zamanda, cinayəti törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bunu Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanovun sözlərinə görə, hadisə nəticəsində Samir Fazil oğlu Mehbalıyev kürək nahiyəsindən tir tüfəngindən açılan atəşdən xəsarət alıb.

Faktla əlaqədar Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) cinayət işi açılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti