...

Azərbaycan sərhədçiləri Xəzərdə 1 milyon 478 min metr müxtəlif çeşidli balıq ovlama toru aşkarlayıb

Cəmiyyət Materials 17 Avqust 2014 20:51 (UTC +04:00)
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qanunsuz ov, təbii və bioloji sərvətlərə ziyan vurulma hallarının aşkar edilməsi və sərhəd rejiminə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi rejim tədbirləri həyata keçirilir, qanunsuz balıq ovu ilə məşğul olan üzmə vasitələri barəsində müvafiq tədbirlər görülür.
Azərbaycan sərhədçiləri Xəzərdə 1 milyon 478 min metr müxtəlif çeşidli balıq ovlama toru aşkarlayıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qanunsuz ov, təbii və bioloji sərvətlərə ziyan vurulma hallarının aşkar edilməsi və sərhəd rejiminə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi rejim tədbirləri həyata keçirilir, qanunsuz balıq ovu ilə məşğul olan üzmə vasitələri barəsində müvafiq tədbirlər görülür. Trend-in məlumatına görə, bunu 18 avqust Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü günü ilə bağlı "Azərbaycan" qəzetinə verdiyi müsahibəsində Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev deyib.

E.Quliyev deyib ki, keçirilmiş rejim tədbirləri zamanı dənizdə qadağan edilmiş ərazilərdə qurulmuş balıq ovlama vasitələri, qarmaqların bərkidilməsi üçün istifadə olunan dəmir parçalarından hazırlanan lövbərlər yığılaraq məhv edilir: "Dəniz sərhədlərimizin mühafizəsinin fasiləsiz təşkil edilməsi, dövlət sərhədlərinin pozulması əlamətləri aşkar olunduğu zaman minimal vaxt sərf etməklə daha çevik tədbirlərin görülməsi imkanlarının yaradılması qanunsuz ov, təbii və bioloji sərvətlərə ziyan vurulması hallarının aşkar edilməsi və sərhəd rejiminə nəzarətin gücləndirilməsi işinə də müsbət təsir etmişdir. Nəticədə balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz digər üzmə vasitələrinin qeydiyyata alınması, yanalma körpülərindən dənizə çıxması, dənizdə olması, üzməsi və geri qayıtması qaydalarına əməl edilməsi proseslərinə nəzarətin səviyyəsi yüksəlmişdir".

DSX rəisi bildirib ki, 2014-cü ilin ilk 6 ayı ərzində Xəzərdə 1 milyon 478 min metr müxtəlif çeşidli balıq ovlama toru, 293 min ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti