...

Gəncədə gənclər üçün təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Avqust 2014 10:11 (UTC +04:00)
Avrasiya Əməkdaşlıq Fondunun təşkilatçılığı, Gəncə Təlim və Resurs Mərkəzinin texniki dəstəyi və Danimarka Beynəlxalq İnkişaf Agentliyi (DİA) tərəfindən maliyyələşdirilən NİRAS şirkətinin "Şərq Əməkdaşlıq ölkələri və Türkiyədə Media və Demokratikləşmə proqramı" çərçivəsində Gəncə şəhərində Azərbaycanın 8 regionundan iştirak edən 50-yə yaxın gənc üçün "Media biliklərinin artırılması" adı altında təlim keçirilib.
Gəncədə gənclər üçün təlim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Avrasiya Əməkdaşlıq Fondunun təşkilatçılığı, Gəncə Təlim və Resurs Mərkəzinin texniki dəstəyi və Danimarka Beynəlxalq İnkişaf Agentliyi (DİA) tərəfindən maliyyələşdirilən NİRAS şirkətinin "Şərq Əməkdaşlıq ölkələri və Türkiyədə Media və Demokratikləşmə proqramı" çərçivəsində Gəncə şəhərində Azərbaycanın 8 regionundan iştirak edən 50-yə yaxın gənc üçün "Media biliklərinin artırılması" adı altında təlim keçirilib.

Trend-in məlumatına görə, təlimin rəsmi hissəsində YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev iştirak edərək, bu cür təlimlərin önəmindən danışıb, təlimin gedişatında gənclərə uğurlar arzulayıb.

Təlimin təşəbbüskarı Gəncə Təlim və Resurs Mərkəzinin təlimçisi Günay Zeynalova deyib ki, bu cür təlimlər gənclərin sosial mediaya maraqlarının artırılması, yeni peşəkar jurnalistlərin yetişdirilməsi, Azərbaycanda yaxşı medianın uğurlu sirlərini gənclərlə bölüşmək məqsədi daşıyır. Bundan sonra da gənclərin arzusu ilə bu və digər təlimləri həyata keçirəcəyik.

Təlimlər zamanı müxtəlif simulyar oyunlar, gənclər üçün əyləncələr də təşkil olunub.

İştirakçı gənclər təlimlərdən razı qaldıqlarını və burada çox məlumatlar əldə etdiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti