...

Azərbaycan və Almaniya turizm sahəsində əməkdaşlığı genişləndirir

Cəmiyyət Materials 27 Avqust 2014 13:21 (UTC +04:00)
Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkətinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycana turistlərin cəlb olunması üçün Almaniyanın aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə cari ilin 24 - 31 avqust tarixlərində Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərindədirlər.
Azərbaycan və Almaniya turizm sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkətinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycana turistlərin cəlb olunması üçün Almaniyanın aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə cari ilin 24 - 31 avqust tarixlərində Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərindədirlər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Bakıda Almaniyanın aparıcı turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri və mehmanxanaları arasında işçi görüş keçirilib. Görüşdə "Geo-travel", "İmprotex travel", "ENC tours", "SW travel", "Regeatravel", "Proxy travel", "Victorytour" turizm şirkətlərinin və "JW Marriott Absheron Baku", "Austin", "Central Park", "Park İNN" mehmanxanalarının nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmçinin hər iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və Azərbaycanın turizm potensialının tanıdılması çərçivəsində cari ilin 3-7 sentyabr tarixlərində Almaniyanın MICE (işgüzar) turizm nümayəndələrinin və 25 - 30 sentyabr tarixlərində tanınmış KİV nümayəndələrinin ölkəmizə səfəri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti