...

Xəzər və Sabunçu rayonlarının işəgötürənləri üçün "Açıq qapı" günü - vətəndaş forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Avqust 2014 15:06
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair növbəti “Açıq qapı” günü - vətəndaş forumunu avqustun 27-də Bakının Xəzər və Sabunçu rayonlarının işəgötürənləri üçün keçirib.
Xəzər və Sabunçu rayonlarının işəgötürənləri üçün "Açıq qapı" günü - vətəndaş forumu keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair növbəti "Açıq qapı" günü - vətəndaş forumunu avqustun 27-də Bakının Xəzər və Sabunçu rayonlarının işəgötürənləri üçün keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiqinin önəmini diqqətə çatdıran ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri işəgötürənlərin bildirişləri asan və vaxt itirmədən daxil edə bilmələri və qeydiyyatdan keçirmələri üçün sistemin mükəmməl proqram təminatının yaradıldığını qeyd ediblər.

Bildirilib ki, EİS digər mərkəzi icra hakimiyyətlərinin elektron informasiya ehtiyatlarına inteqrasiya olunub. Həm işəgötürən, həm də işçi barədə məlumatlar avtomatik olaraq sistemdə öz əksini tapır. Bunlar işəgötürənin işinin asanlaşdırılması üçündür. Yəni o, qısa vaxt ərzində özünə və işçilərinə dair məlumatları əldə etmək imkanına malik olur. Bu mexanizm əmək bazarında mövcud münasibətlər sisteminin elektron qaydada hüquqi müstəvidə əhatə olunmasına imkan yaratmaqla, həm işçilərin, həm də biznes strukturlarının əmək bazarında mənafelərini ifadə edir.

Tədbirdə bildirişlərin "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən gücləndirilmiş elektron imza ilə daxil edilməsi və qeydiyyatı proseduru əyani şəkildə nümayiş etdirilib. İşəgötürənlərin sualları cavablandırılıb, əmək qanunvericiliyindəki dəyişikliklər onlara ətraflı izah olunub, habelə əmək müqaviləsi bildirişlərini EİS-də qeydiyyatdan keçirməyən işəgötürənlərlə bağlı qanunvericilikdə hansı cəza tədbirlərinin nəzərdə tutulduğu onların diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti